Saatlıda 50 yaşlı kişi qətlə yetirildi - Yenilənib

saatlida-50-yasli-kisi-qetle-yetirildi
Oxunma sayı: 1554

Saatlı rayonunda qətl törədilib.

“Qafqazinfo” xəbər verir ki, qətl hadisəsi rayonun Fətəlikənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini, 1976-cı il təvəllüdlü Rövşən Sədyar oğlu Abdullayevin mübahisə zəminində həmkəndlisi tərəfindən bıçaqlandığı bildirilir.

Ağır yaralanan şəxs dərhal Saatlı Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.

Hadisəni törətməkdə şübhəli bilinən Rizvan Məmmədağa oğlu Söhbətov polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saatlı rayon prokurorluğu hadisə ilə bağlı məlumat yayıb: “Martın 22-də Saatlı rayonu Fətəlikənd kənd sakini 1976-cı il təvəllüdlü Rövşən Abdullayevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırmalarla 1977-ci il təvəllüdlü Rizvan Söhbətovun Rövşən Abdullayevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Saatlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, R.Söhbətov prokurorluq tərəfindən iş üzrə şübhəli şəxs qismində tutulub.

İbtidai istintaq davam edir”.

Ziya Əmirxanlı