Şahbuzda 3 ballıq zəlzələ oldu

sahbuzda-3-balliq-zelzele-oldu
Oxunma sayı: 356

Naxçıvan Muxtar Respublikasının (MR) Şahbuz rayonunda zəlzələ qeydə alınıb.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Yerli vaxtla saat 11:54-də baş verən zəlzələnin maqnitudası 3 olub.

Yeraltı təkanlar 7 km dərinlikdə qeydə alınıb.

Zəlzələ episentrdə 3 bala qədər hiss olunub.