Şahdağa sulu qar yağıb

sahdaga-sulu-qar-yagib
Oxunma sayı: 714

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb.

Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızda 6 mm, Qax, Göygöl, Ağsu, Daşkəsən, Gədəbəy, Şəmkir, Ceyrançöl, Oğuz, İsmayıllı, Şamaxı, Qobustan, Altıağac, Xaltan, Astara, Mingəçevirdə 5 mm-dək olub.
Aprelin 22-də şimal-qərb küləyi arabir Balakən, Naftalanda 18 m/s, Mingəçevirdə 16 m/s, Bakıda və Abşeron yarımadasında isə 22 m/s-dək güclənib.

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 19-24, Naxçıvan MR-da 24-29, Aran rayonlarında 29, dağlıq rayonlarda 20 dərəcəyədək isti olub.