“Sahilyanı sağlamlıqla bağlı qanunvericiliyə ehtiyac var”

sahilyani-saglamliqla-bagli-qanunvericiliye-ehtiyac-var
Oxunma sayı: 126

“Sahilyanı sağlamlığı qanunvericiliyə gətirə bilməmişik”. 

“Qafqazinfo” xəbər verir ki, bunu Milli Məclisin Sosial qanunvericilik şöbəsinin müdiri Adil Vəliyev Səhiyyə komitəsinin bu gün keçirilən iclasında bildirib.

“Postsovet ölkələrindən yalnız ikisində sahilyanı sağlamlıqla bağlı qanun qəbul edilib. Düşünürəm ki, bu istiqamətdə milli qanunvericiliyə ehtiyac var”, - deputat qeyd edib. 

Əhliman Əmiraslanov isə bildirib ki, bu çox ciddi müzakirə tələb edən layihədir: “Aidiyyəti qurumlarla müzakirə edilməlidir. Bəlkə, bu barədə gələcəkdə dinləmə keçirə bilərik. Daha sonra qanunvericilik sənədlərində dəyişiklik edilə bilər. İmkanlarımızı, maliyyə tutumunu düşünmək lazımdır”. 

Nuranə Daxilqızı