Şahin Bağırov general-polkovnik oldu - Sərəncam

sahin-bagirov-general-polkovnik-oldu
Oxunma sayı: 3848

Dövlət Gömrük Komitəsinin bir sıra əməkdaşlarına ali xüsusi rütbələr verilib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Sərəncama əsasən, Dövlət Gömrük Komitəsinin aşağıdakı əməkdaşlarına ali xüsusi rütbələr verilib:

“Gömrük xidməti general-polkovniki” ali xüsusi rütbəsi

Şahin Soltan oğlu Bağırov - Dövlət Gömrük Komitəsinin sədri

“Gömrük xidməti general-mayoru” ali xüsusi rütbəsi

Fuad Elxan oğlu Məmmədov – Dövlət Gömrük Komitəsi sədrinin müavini

Fuad Mikayıl oğlu Aslanov – Rəqəmsal İdarəetmə Baş İdarəsinin rəisi

Elmir Bahadur oğlu Ramazanov – Bakı Baş Gömrük İdarəsinin rəisi.