Salyanda iki nəfər dəm qazından boğularaq öldü

salyanda-iki-nefer-dem-qazindan-bogularaq-oldu
Oxunma sayı: 2413

İki nəfər evdə dəm qazından boğularaq ölüb.

“Qafqazinfo” APA-ya istinadən xəbər verir ki, hadisə Salyan şəhərində qeydə alınıb.

Bədbəxt hadisə nəticəsində ölənlər Sabirabad sakini, 1998-ci il təvəllüdlü Ələkbərzadə Davud Qabil oğlu və Neftçala sakini, 1995-ci il təvəllüdlü Ağamməmmədov Urufət Oruc oğludur.

Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır.