Salyanda zəncirvari qəza - Yaralılar var+Yenilənib

salyanda-zencirvari-qeza
Oxunma sayı: 1091

Salyanda zəncirvari yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Bir neçə avtomobilin iştirakı ilə baş verən qəzada xəsarət alanların olduğu bildirilir.

Hadisə yerinə dərhal təcili tibbi yardım briqadaları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

***

Baş verən yol-nəqliyyat hadisəsində 1 qadın, 6 kişi olmaqla 7 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə  Salyan Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Surxay Şahbazov