Şamaxıda Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirildi - Fotolar

samaxida-milli-qurtulus-gunune-hesr-olunmus-tedbir-kecirildi
Oxunma sayı: 200

Şamaxı Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Şamaxı rayon təşkilatının birgə təşkilatçılığı ilə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş “Xalqın Taleyini Dəyişən Tarixi Qurtuluş” adlı tədbir keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.

Tədbiri giriş sözü ilə YAP Şamaxı rayon təşkilatının sədri Tural Qasımlı açaraq Milli Qurtuluş Gününün Azərbaycan dövlətçiliyinin qorunması və möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyətindən danışıb. 

Daha sonra 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş film nümayiş olunub. 

Tədbirdə Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, ADPU-nun Şamaxı filialının direktoru Tünzalə Yusifova, Şamaxı Ağsaqqallar Şurasının sədri Mayıl Alıcanov, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının rayon şöbəsinin sədri Ağarza Bayramov və Dağlıq- Şirvan Regional Mədəniyyət İdarəsinin Şamaxı rayonu üzrə baş məsləhətçisi Rəfail Tağızadə çıxış edərək Milli Qurtuluş Gününün ölkəmizin müasir tarixindəki müstəsna rolundan, Ümummilli Lider Heydər Əliyevin xilaskarlıq missiyasından, dövlətçilik ənənələrinin möhkəmləndirilməsində və müstəqil Azərbaycanın inkişafında göstərdiyi misilsiz xidmətlərdən, eləcə də bu siyasi kursun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən bəhs ediblər.