Şamil Əzizov nazir müşaviri təyin edildi

samil-ezizov-nazir-musaviri-teyin-edildi
Oxunma sayı: 4344

Şamil Əzizov ekologiya və təbii sərvətlər nazirinə müşavir təyin edilib.

“Qafqazinfo” Bakıvaxtı.az-a istinadən xəbər verir ki, o, mayın 22-dən etibarən nazirin müşaviri vəzifəsini icra edir. 

Qeyd edək ki, Şamil Əzizov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun oğludur. Ş.Əzizov bundan əvvəl Heydər Əliyev Mərkəzində çalışıb.