Səhifəsi üçün Kazımovadan 10 min istədilər

sehifesi-ucun-kazimovadan-10-min-istediler
Oxunma sayı: 3018

Xəbər verdiyimiz kimi,  2 gün öncə Xalq artisti Aygün Kazımovanın 1,4 milyon izləyicisi olan rəsmi instaqram hesabı oğurlanıb. 

“Qafqazinfo” xəbər verir ki, səhifəni oğurlayanlar onun hesabında paylaşım ediblər.

“Aygün Kazımova, bunu oxuyursansa, 10 000 avro Bitkoin üçün mənə teleqramda yazın, hesabınızı geri alacaqsınız. Mənə güvənməsəniz ruslara sataram”, - deyə paylaşımda qeyd olunub.