Şəntopdan 20 Yanvarla bağlı paylaşım

sentopdan-20-yanvarla-bagli-paylasim
Oxunma sayı: 878

Türkiyə parlamentinin spikeri Mustafa Şəntop 20 Yanvar faciəsinin ildönümü ilə əlaqədar sosial şəbəkə hesabında paylaşım edib.

"Qafqazinfo" bildirir ki, siyasətçinin paylaşımında deyilir:

“Qardaş Azərbaycanın müstəqilliyi uğrunda 1990-cı il yanvarın 20-də şəhid olan qəhramanları rəhmətlə və hörmətlə yad edirəm”.

Qeyd edək ki, bu gün 1990-cı il 20 Yanvar hadisələrindən 31 il ötür.