Şəxsi adalarını 1,25 milyona satışa çıxardılar - Fotolar

sexsi-adalarini-125-milyona-satisa-cixardilar
Oxunma sayı: 399

Şotlandiyanın Arqayl sahillərində yerləşən kiçik şəxsi ada 1,25 milyon funt-sterlinq (təxminən 2,8 milyon manat) qiymətlə satışa çıxarılıb.

“Qafqazinfo” xəbər verir ki, Riçard Stayn və Salli Lovell doqquz il əvvəl aldıqları adanı uzunmüddətli yaşayışdan sonra satışa çıxarmaq qərarına gəliblər.

Cütlük 9,7 akr (1 akr 0,4 hektara bərabərdir – red.) ərazisi olan “Harbor Island”I 2017-ci ildə təxminən 650 min funt-sterlinqə alıb. Ada Arqayl sahillərində, Krinan kəndindən cəmi bir neçə dəqiqəlik qayıq məsafəsində yerləşir və ora yalnız su yolu ilə getmək mümkündür.

Sahiblərin sözlərinə görə, ada illər ərzində tamamilə yenidən qurulub, genişləndirilib və müasir yaşayış standartlarına uyğunlaşdırılıb. Burada dörd yataq otağı, üç vanna otağı, geniş yaşayış sahələri və tam təchizatlı infrastruktur yaradılıb.

Cütlük bildirir ki, ada həyatının ən fərqli tərəfi tam təcrid yox, əksinə, təbiətlə iç-içə, lakin eyni zamanda, qısa qayıq səfəri ilə cəmiyyətə çıxış imkanının olmasıdır. Onların sözlərinə görə, adada yaşamaq həm böyük layihə, həm də unudulmaz bir təcrübə olub.

İndi isə ada yeni sahibini gözləyir — lakin alıcı burada yaşamaq üçün gündəlik həyatında mütləq qayıqdan istifadə etməli olacaq.