Şeyx Rusiyaya gedir

seyx-rusiyaya-gedir
Oxunma sayı: 1912

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiyada səfərdə olacaq.

"Qafqazinfo" xəbər verir ki, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir. Səfər çərçivəsində  A. Paşazadə Patriarx Kirillə görüşəcək. Moskvada, habelə dini liderlərin üçtərəfli görüşü gözlənilir.

QMİ Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcək.