“Çox yaxşı oyun keçirildi. “Neftçi” və bizim azarkeşlər gəldi. Bir az çətin olsa da, 3:3 etdik”.
Bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyev Misli Premyer Liqasınının 8-ci turunda “Neftçi” ilə baş tutan derbi matçından (3:3) sonra deyib.
Təcrübəli qolkiper uzun fasilədən sonra yaşıl meydanlara qayıtmasından və komandadakı rəqabətdən də söz açıb:
“Özümü yaxşı hiss edirəm, amma son dəfə 11 ay öncə oynamışam. Martin Zlomisliç 2 gün əvvəl zədələndi. Mən isə meydana çıxanda fikir vermirəm kiminlə oynayıram. Şans qazanmaq üçün yaxşı oynamaq lazımdır”.
Daha ətraflı videoda:
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər