Su dolan evlərə dəyən ziyanı kim ödəyəcək? - Video

su-dolan-evlere-deyen-ziyani-kim-odeyecek
Oxunma sayı: 1122

Xırdalan şəhəri Tofiq Bayramov küçəsi və ona paralel məhəllələrdəki evlərə dolan yağış suyu həm əşyaları yararsız hala salıb, həm də insanlar üçün həyati təhlükə yaradıb.

“Qafqazinfo” xəbər verir ki, həmin ərazilərdən sakinlər danışıb.

“Yazıqlar işıqlarını söndürüb, çıxıb ikinci mərtəbədə oturublar ki, tok vurmasın. Bura dəyən ziyanı kim ödəyəcək?”, - deyə sakinlərdən biri qeyd edib.

“Evimiz onsuz da əldən getdi, altına su dolan evlər çöksə, kim cavab verəcək?”, -deyə digər sakin əlavə edib.

Onlar qeyd edib ki, sözügedən ünvanda kanalizasiya borusu var, lakin ya dolduğundan, ya da suyu ötürməyə gücü çatmadığından küçə və evləri su basıb.

Evlər və avtomobillərlə yanaşı obyekt sahibləri də ziyan çəkiblər.

Hüquqşünaslar isə bildirirlər ki, əgər vətəndaşın daşınan və ya daşınmaz əmlakı icbari və ya könüllü sığorta olunubsa, zərər sığorta şirkəti tərəfindən qarşılanmalıdır. Əgər hadisə təbii fəlakət kimi qiymətləndirilərsə, bu zaman ödəniş edilməsi dövlət fondu hesabına həyata keçirilə bilər:

“Bu zaman şəxs bələdiyyə və ya icra hakimiyyəti orqanına müraciət edə bilər. Əgər onlar bu zərərin əvəzini ödəməkdən imtina edərlərsə, məhkəməyə müraciət edə bilərlər. Həmin vaxt sübuta yetirilməlidir ki, hadisənin qarşısını hansısa dövlət qurumu ala bilərdi və etməyib. Bu vaxt dövlət məsuliyyət daşıya bilər və zərər ödənilər”.

Daha ətraflı İTV-nin süjetində: