Sumqayıtda piyadanı maşın vurub öldürdü

sumqayitda-piyadani-masin-vurub-oldurdu
Oxunma sayı: 430

Sumqayıt şəhərində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin 10-cu mikrorayon ərazisində qeydə alınıb.

Belə ki, 1956-cı il təvəllüdlü Süleymanov Samir Süleyman oğlunu avtomobil vurub.

Ağır xəsarətlər alan piyada xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev