Suraxanıda ulu öndərin anım gününə həsr olunmuş tədbir - Fotolar

suraxanida-ulu-onderin-anim-gunune-hesr-olunmus-tedbir
Oxunma sayı: 1729

Dekabrın 12-də Suraxanı Rayon İcra Hakimiyyətinin və YAP Suraxanı Rayon Təşkilatının birgə təşkilatçılığı ilə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib.

“Qafqazinfo” xəbər verir ki, tədbirdə Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov, Suraxanı rayonundan Milli Məclisə seçilmiş deputatlar, YAP Suraxanı Rayon Təşkilatının və hüquq-mühafizə orqanlarının rəhbərləri, Şəhid ailələri, qazilər, rayonun idarə, müəssisə və təşkilatlarının nümayəndələri, rayon ictimaiyyəti iştirak ediblər.

Suraxanı Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov çıxış edərək ulu öndərin mənalı həyatı və misilsiz xidmətlərindən danışıb. O qeyd edib ki, istər sovet dövründə respublikaya rəhbərlik etdiyi, istərsə də müstəqillik illərində ömrünü öz xalqına həsr edən Heydər Əliyev Azərbaycan xalqının qəlbində əbədi yaşayacaq. Məhz onun müdrik siyasəti nəticəsində Azərbaycan qısa zamanda regionun lider dövlətinə çevrilib, Ulu öndərin torpaqlarımızın işğaldan azad edilməsi istiqamətində düşünülmüş addımları öz bəhrəsini verib. Belə ki, Heydər Əliyevin vəsiyyətini yerinə yetirən Prezident İlham Əliyevin rəhbərliyi altında Ermənistanın işğalçılıq siyasətinə son qoyulub, torpaqlarımız azad edilib.

Çıxışlardan sonra Rusiya Federasiyasının Əməkdar jurnalisti Mixail Qusmanın müəllifi olduğu, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş “Liderin ürəyi” adlı sənədli film nümayiş olunub.