Suriya hakimiyyəti fotoda qadın nazirin üzünü gizlətdi

suriya-hakimiyyeti-fotoda-qadin-nazirin-uzunu-gizletdi
Oxunma sayı: 5881

Suriyanın yeni hakimiyyət orqanlarının Dəməşq görüşündən sonra dərc etdiyi fotoda Almaniyanın xarici işlər naziri Annalena Berbokun üzü blur edilib.

“Qafqazinfo” xəbər verir ki, Almaniyanın “N-tv” telekanalı buna diqqət çəkib.

Qeyd edək ki, Almaniyanın xarici işlər naziri Annalena Berbok ötən gün Dəməşqdə Suriyanın lideri Əhməd əl-Şara ilə görüşüb. Görüş zamanı Əhməd əl-Şara qadın nazirin əlini sıxmayıb.