Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyadan sığınacaq istəyib.
“Qafqazinfo” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, bundan əvvəl Bəşər əl-Cəfəri respublika XİN-in mərkəzi aparatına geri çağırılması ilə bağlı bildiriş alıb.
***
“RİA Novosti”nin məlumatına görə, Suriyanın Moskvadakı səfiri Bəşər əl-Cəfəri Rusiyadan sığınacaq istəməsi ilə bağlı məlumatı təkzib edib:
“Xeyr, bu xəbər tamamilə səhvdir. Belə bir məlumatın haradan gəldiyi mənə də maraqlıdır”.