“Prezident Kuboku-2025” beynəlxalq reqatasının bağlanış mərasimi keçiriləcək.
“Qafqazinfo” xəbər verir ki, Mingəçevirdə “Kür” Olimpiya Tədris-İdman Mərkəzinin qarşısında baş tutacaq bağlanış mərasimində əvvəlcə qalib komandalara kuboklar təqdim olunacaq.
Mükafatlandırma mərasimi başa çatdıqdan sonra tədbir bədii hissə ilə davam edəcək. Müxtəlif şoular proqramlar, tanınmış rəqs qruplarının çıxışı və müğənni Mərdan Kazımovun canlı ifası olacaq.
“Prezident Kuboku-2025” beynəlxalq reqatasına atəşfəşanlıqla yekun vurulacaq.