İstanbulda daha bir zəlzələ oldu

istanbulda-daha-bir-zelzele-oldu
Oxunma sayı: 7720

İstanbulda daha bir zəlzələ baş verib.

“Qafqazinfo” xəbər verir ki, bu haqda AFAD məlumat yayıb.

4,3 maqnitudalı zəlzələ İstanbul və ətraf ərazilərdə hiss edilib. Təbii hadisə yerli vaxtla saat 20:33-də İstanbulun Böyükçekmece rayonunda qeydə alınıb. Zəlzələ ocağı 7,1 kilometr dərinlikdə yerləşib.

Yeraltı təkanlar əhali arasında çaxnaşma yaradıb.

Dağıntı və təlafatın olmadığı bildirilir.