Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Donald Trampın Krımla bağlı mövqeyini növbəti dəfə rədd edib.
“Qafqazinfo” xəbər verir ki, bu haqda “RİA Novosti” məlumat yayıb.
“Bizim Krımla bağlı mövqeyimiz dəyişməzdir: yalnız Ukrayna xalqının hansı ərazilərin Ukraynaya məxsus olduğuna qərar vermək hüququ var”, - Zelenski vurğulayıb.
Xatırladaq ki, Tramp Ukrayna Prezidenti Volodimir Zelenskinin Kiyevin Krımı Rusiya ərazisi kimi tanımaq niyyətinin olmaması barədə bəyanatını kəskin tənqid edib.
ABŞ lideri hesab edir ki, Zelenskinin sözləri sülh danışıqlarına ciddi şəkildə zərər verir.