Sürücülük vəsiqəsi olmadan sürdüyü maşını aşırdı, öldü

suruculuk-vesiqesi-olmadan-surduyu-masini-asirdi-oldu
Oxunma sayı: 1348

Tovuzda ağır yol qəzası baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə ötən gün Aşırallar kəndi ərazisində qeydə alınıb.

Belə ki, rayon sakini Mürvət Azad oğlu Həsənov sürücülük hüququ olmadan idarə etdiyi “VAZ-2106” markalı minik avtomobilini aşırıb.

Nəticədə o, aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.