Şuşada parad keçiriləcəyi haqda xəbər doğru deyil

susada-parad-kecirileceyi-haqda-xeber-dogru-deyil
Oxunma sayı: 5097

Bu gün sosial şəbəkələrdə və bəzi media orqanlarında Zəfər günü ilə bağlı Şuşada parad keçiriləcəyi haqda məlumat yayılıb.

“Qafqazinfo”nun hökumətdəki mənbələrdən əldə etdiyi məlumata görə, bu informasiya doğru deyil: “Şuşada hər hansı hərbi parad nəzərdə tutulmur”.

Mənbə onu da əlavə edib ki, belə mühüm məsələlərlə bağlı təsdiqlənməmiş məlumatların yayılması yolverilməzdir: “Media nümayəndələri bu cür informasiyaları dövlət qurumları ilə dəqiqləşdirməlidirlər”.