UEFA Avropa Liqasının II təsnifat mərhələsində ÇSKA ilə qarşılaşacaq “Qarabağ” cavab oyununun keçiriləcəyi Bolqarıstana yola düşüb.
“Qafqazinfo” xəbər verir ki, klubun prezidenti Tahir Gözel bu vacib və çətin səfər matçında komandamızı tək qoymayıb.
O, klubun yanında olmaq, qarşılaşmanı canlı izləmək üçün Sofiyaya yollanıb. Səfərə komanda ilə birgə çıxan klub prezidenti yolboyu futbolçularla səmimi söhbət edib və onlara inamını ifadə edib.

Son xəbərlər
Son Xəbərlər