“Təhdid altında danışıqları qəbul etmirik”

tehdid-altinda-danisiqlari-qebul-etmirik
Oxunma sayı: 249

“Təhdid altında danışıqları qəbul etmirik”.

“Qafqazinfo” xəbər verir ki, bunu İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf sosial media hesabında yazıb.

O, ABŞ-yə sərt mesaj ünvanlayaraq, təzyiq altında aparılan danışıqları qəbul etmədiklərini bildirib.

Qalibaf ABŞ Prezidenti Donald Trampın danışıqlar prosesini “təslim platformasına çevirməyə çalışdığını” yazıb.

Qeyd edək ki, ABŞ tərəfinin İranla mümkün razılaşmaya dair açıqlamaları da diqqət çəkib. Tramp imzalanması planlaşdırılan sazişin Barak Obama dövründə imzalanmış Birgə Hərtərəfli Fəaliyyət Planından (JCPOA) daha güclü olacağını deyib.

ABŞ Prezidenti nümayəndə heyətinin danışıqlar üçün Pakistanın paytaxtı İslamabada səfər etdiyini və mümkün razılaşmanın orada imzalana biləcəyini bildirib.

Tramp İran qarşısında əsas tələb kimi nüvə silahı ambisiyalarından imtinanı göstərib və atəşkəsin pozulacağı təqdirdə hərbi eskalasiyanın qaçılmaz olacağını qeyd edib: “Atəşkəs bitərsə, bombalar partlamağa başlayacaq”.