Terrorda ölənlərdən 134 nəfərin kimliyi bəlli oldu

terrorda-olenlerden-134-neferin-kimliyi-belli-oldu
Oxunma sayı: 2904

“Crocus City Hall” konsert zalında baş vermiş terror aktında ölənlərdən 134 nəfərin kimliyi müəyyənləşib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsi məlumat yayıb.

Bildirilib ki, digər kimliyi məlum olmayan qurbanlar üzərində də araşdırma aparılır.

Xatırladaq ki, martın 22-si baş verən terror aktı zamanı 144 nəfər həlak olub. Son məlumata görə, yaralananların sayı isə 551 nəfərdir.