İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ Prezidenti Donald Trampın İrana qarşı təhdidlərinə cavab verib.
“Qafqazinfo” xəbər verir ki, Rzayi “X” sosial şəbəkəsində paylaşım edərək, Trampın “Biz İranı məhv edəcəyik” ifadəsinə münasibət bildirib.
“Bir-birinin ardınca uğursuzluqlar, Amerika tarixinin ən pis prezidenti sadəcə danışmağa davam edir və indi onun sözləri hətta öz xəyallarını belə aşıb”, - Rzayi deyib.
O, ABŞ-nin İrana qalib gələ bilməyəcəyini bildirib: “Təxəyyülünüzdə hər gün qalib gələ bilərsiniz. Amma reallıq İran, onun xalqı, əsgərləri və raketləri tərəfindən formalaşdırılır”.
Son xəbərlər
Son Xəbərlər