Qırmızı və bənövşəyi rəngli meyvə-tərəvəzlər qan təzyiqini normada saxlamaq üçün son dərəcə faydalıdır.
“Qafqazinfo” xəbər verilir ki, bu barədə dietoloq Emma Derbişir bildirib.
Mütəxəssis tərəfindən təzyiqi aşağı salan 5 əsas qidanın adı açıqlanıb:
“Üzüm, qaragilə, qırmızı soğan, böyürtkən və qırmızı kələm”.
E.Derbişirin sözlərinə görə, bu qidaların tərkibində damar funksiyasına, xolesterin səviyyəsinə və qan təzyiqinə müsbət təsir edən antosianlar var.
Dietoloq qeyd edib ki, qırmızı soğanda antosianlarla yanaşı, təzyiqi salmağa kömək edən kversetin maddəsi də mövcuddur. Qırmızı kələmin tərkibində isə bu birləşmələrin onlarla növü cəmlənib.
Bununla belə, ekspert vurğulayıb ki, bu qidaların heç biri hipertoniyanın tam qarşısını ala və ya həkim müalicəsini əvəz edə bilməz.
Son xəbərlər
Son Xəbərlər