Zaqatalada 4 nəfər dəm qazından zəhərlənib.
Zaqatala Rayon Mərkəzi Xəstəxanasından “Qafqazinfo”nun sorğusuna cavab olaraq bildirilib ki, yanvarın 16-sı saat 21:00 radələrində 4 nəfər (1 kişi, 3 qadın) xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub: “Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi xidmətlər göstərilib, vəziyyəti stabil qiymətləndirilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar”.
Tovuzda da 4 nəfər dəm qazından zəhərlənib.
Tovuz Rayon Mərkəzi Xəstəxanasından sorğumuza cavab olaraq bildirilib ki, bu gün saat 00:50 radələrində dəm qazı zəhərlənməsi şübhəsilə 4 nəfər (2 kişi, 2 qadın) xəstəxanaya hospitalizasiya olunub: “Onlara dəm qazı zəhərlənməsi diaqnozu təyin edilib.
Pasiyentlərin hər birinə zəruri tibbi yardım göstərilib və ambulator müalicə üçün evə buraxılıb”.
APA-nın məlumatına görə, Tovuzda, həmçinin Zaqatalada zəhərlənənlər bir ailənin üzvləri olublar.
Son xəbərlər
Son Xəbərlər