Toya getmişdi, bıçaqlandı - Vəziyyəti ağırdır

toya-getmisdi-bicaqlandi
Oxunma sayı: 1657

Şirvanda bıçaqlanma hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə şəhərin mərkəzindəki şadlıq saraylarından birinin önündə qeydə alınıb.

Belə ki, keçirilən toy mərasiminə qatılan rayon sakini, 36 yaşlı Mahir Ədilov bıçaqlanıb.

O, Şirvan Şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilib və təcili əməliyyata götürülüb. Vəziyyətinin ağır olduğu bildirilir.

Hazırda ona xəsarət yetirən şəxsin saxlanılması üçün polis əməkdaşları tərəfindən tədbirlər görülür.

Surxay Şahbazov