Biləsuvar rayonunda bıçaqlanma hadisəsi baş verib.
“Qafqazinfo” xəbər verir ki, hadisə rayon mərkəzində yerləşən şadlıq saraylarının birində qeydə alınıb.
Belə ki, qohumlar arasında qanla nəticələnən mübahisə yaranıb.
Hadisə zamanı 1977-ci il təvəllüdlü Vəliyev Eldar Cəfər oğlu bıçaqlanıb.
Kürək nahiyəsindən aldığı bıçaq xəsarətləri ilə rayon xəstəxanasına çatdırılan E.Vəliyevin vəziyyəti qənaətbəxş qiymətləndirilir.
Əməli törətməkdə şübhəli bilinən 32 yaşlı Ülvü Qurbanov polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Surxay Şahbazov
Son xəbərlər
Son Xəbərlər