Toyuq ətini əvəz edən qida - Tərkibində 25 faiz zülal var

toyuq-etini-evez-eden-qida
Oxunma sayı: 266

Ən çox zülal ehtiva edən çərəzin adı bəlli olub.

“Qafqazinfo” xəbər verir ki, dietoloq Anita Mirçandani zülal tərkibinə görə lider olan çərəzi açıqlayıb.

Onun sözlərinə görə, zülalla ən zəngin məhsul yerfındığıdır (araxis).

O bildirib ki, botaniki baxımdan yerfındığı çərəzlərə deyil, paxlalılara aid edilsə də, gündəlik qidalanmada adətən çərəz qarışıqlarına daxil edilir.

Mirçandaninin sözlərinə görə, yerfındığının kütləsinin təxminən 25 faizini zülal təşkil edir.

Bundan əlavə, yerfındığı saçların uzanmasına kömək edən və tökülməsinin qarşısını alan fol turşusu, niasin və biotinlə də zəngindir. Dietoloq maksimum fayda əldə etmək üçün yerfındığını nazik qırmızı qabığı ilə birlikdə yeməyi tövsiyə edib, çünki bu qabıq güclü antioksidantlarla zəngindir.

Mütəxəssis əlavə edib ki, həqiqi çərəzlər arasında zülal miqdarına görə yerfındığından bir az geridə qalan badamdır. Badamın tərkibində təxminən 21 faiz zülal var ki, bu da toyuq ətindəki göstərici ilə eynidir. Dietoloq, həmçinin badamın liflə, eləcə də göz və dəri sağlamlığı üçün vacib olan E vitamini ilə zəngin olduğunu vurğulayıb.