Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ lideri Donald Trampa Müqəddəs Nikolayın ikonasını hədiyyə edib.
“Qafqazinfo” “RBC”ya istinadən xəbər verir ki, Lukaşenko hədiyyəni ABŞ-nin Belarus üzrə xüsusi elçisi Con Koul vasitəsilə göndərib.
“Bu bizim xristian ikonasıdır. Amerikada o, çox dəyərlidir. Tramp da Müqəddəs Nikolaya çox hörmət edir”, - Belarus lideri deyib.
Lukaşenko həmçinin ABŞ-nin birinci xanımı Melaniya Trampa da hədiyyələr göndərib. Hədiyyələrin qızılı rəngli qutuda Belarus ornamentli zərgərlik məmulatından və digər əşyalardan ibarət olduğu bildirilir.
Xatırladaq ki, A.Lukaşenko dekabrın 13-də Minskdə Trampın komandasının üzvləri ilə görüşmüşdü. ABŞ nümayəndə heyətinin rəhbəri Con Koul göstərilən qonaqpərvərliyə və daha əvvəl göndərilən hədiyyələrə görə Donald və Melaniya Trampın təşəkkürünü Lukaşenkoya çatdırmışdı. Bundan başqa, ABŞ lideri və xanımı qarşıdan gələn Milad bayramı münasibətilə Belarus prezidentini təbrik etmişdilər.
Son xəbərlər
Son Xəbərlər