Tülkünü vurmaq istəyirdi, 2 nəfəri yaraladı

tulkunu-vurmaq-isteyirdi-2-neferi-yaraladi
Oxunma sayı: 3307

Goranboyda açılan atəş nəticəsində iki nəfər xəsarət alıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə Ağcakənd qəsəbəsi ərazisində baş verib.

Belə ki, yaylaqda saxladığı ev quşlarının arasına tülkünün girdiyini görən çoban - Kəlbəcər rayonundan məcburi köçkün, 1984-cü il təvəllüdlü Afət Həsənquliyev ona ov tüfəngindən atəş açıb. Atəş nəticəsində yaxınlıqdakı iki çoban – Telman Quliyev gözündən, İslam Əliyev isə bədəninin müxtəlif hissələrindən xəsarət alıb. Yaralılar xəstəxanaya aparılıb. 

Faktla bağlı araşdırma aparılır. 

Elmar Əli