Tümendə fövqəladə vəziyyət rejimi elan edildi

tumende-fovqelade-veziyyet-rejimi-elan-edildi
Oxunma sayı: 2756

Rusiyanın Tümen vilayətində daşqınlara dair proqnozlarla əlaqədar fövqəladə vəziyyət rejimi tətbiq edilib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı regionun qubernatoru Aleksandr Moor öz teleqram kanalında açıqlayıb. 

Onun sözlərinə görə, hazırda çaylarda vəziyyət nəzarət altındadır. Lakin qar və buzun əriməsi səbəbindən çaylarda suyun səviyyəsinin artması müşahidə edilir.

Xatırladaq ki, hazırda Rusiyanın bir neçə bölgəsində qarın əriməsi səbəbindən daşqınlar qeydə alınır. Bu gün Rusiya Prezidenti Vladimir Putin hadisə ilə əlaqədar olaraq Nazirlər Kabinetinə ölkənin fövqəladə hallar naziri Aleksandr Kurenkovun rəhbərliyi altında xüsusi hökumət komissiyasının yaradılması ilə bağlı göstəriş verib.