Tural Əfəndiyev də namizəd olacaq

tural-efendiyev-de-namized-olacaq
Oxunma sayı: 6987

"İlyas Əfəndiyev Beynəlxalq Fondu"nun  prezidenti Tural Əfəndiyev qarşıdan gələn parlament seçkilərində iştirak edəcək.

"Qafqazinfo"ya daxil olan məlumata görə, fevralın 9-da keçiriləcək seçkilərdə namizədlərdən biri də fondun prezidenti Tural Əfəndiyev olacaq. O, parlamentə namizədliyini 30 Saylı Suraxanı Birinci Seçki Dairəsindən irəli sürəcək.

Qeyd edək ki, Tural Əfəndiyev 1981-ci ildə Bakıda Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Tural Əfəndiyev həm iqtisadiyyat, həm də mədəniyyət və incəsənət sahəsində iki ali təhsil alıb. O, hər iki sahədə magistr dərəcəsi alıb, sənətşünaslıq üzrə fəlsəfə doktoru dərəcəsini və dosent elmi ada layiq görülüb.

Əmək fəaliyyətinə Azərbaycanın bank sektorunda başlayan T. Əfəndiyev, müxtəlif illərdə dövlət sektorunun iqtisadiyyat və maliyyə, sığorta, həmçinin ekologiya və təbii sərvətlər sahələrində rəhbər vəzifələrdə çalışıb. Mədəniyyət və incəsənət sahəsində pedaqoji fəaliyyətlə məşğul olub. Son illərdə xaricdə işləyərək hazırda prezident olduğu "İlyas Əfəndiyev Beynəlxalq Fondu"nu təsis edib.

T. Əfəndiyev dövlət və qeyri-hökumət sektorlarında işlədiyi illər ərzində dünyanın bir sıra ölkələrində Azərbaycanın maraqlarını təmsil etmişdir. Son illərdə xaricdə işləyərək hazırda prezident olduğu İlyas Əfəndiyev Beynəlxalq Fondunu təsis etmişdir. İlyas Əfəndiyev Beynəlxalq Fondu - Avropa beynəlxalq qeyri-hökumət təşkilatıdır və əsas məqsədi cəmiyyətin davamlı sosial və humanitar inkişafına nail olmaqdır (Fondun fəaliyyəti haqqında daha ətraflı məlumatı https://afandiyevfoundation.org/ ünvanına keçid edərək əldə etmək mümkündür).

Tural Əfəndiyev İlyas Əfəndiyev Beynəlxalq Fondunun prezidenti olaraq, bir çox beynəlxalq sosial və humanitar layihələri təkcə respublikamızda deyil, ölkə hüdudlarından kənarda da uğurla həyata keçirmişdir. Fondun sosial və humanitar fəaliyyət sahəsindəki təcrübəsi, beynəlxalq tərəfdaşlığın yüksək potensialı, irimiqyaslı layihələrin hazırlanması şübhəsiz ki, Fondun təsisçisinin birbaşa əməyidir və bu, ona xaricdə Azərbaycanın maraqlarını layiqincə təmsil etmək hüququnu verir.