Azərbaycan Kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan Qərb derbisində “Turan Tovuz” öz meydanında “Kəpəz”i qəbul edib.
“Qafqazinfo” xəbər verir ki, Tovuz şəhər Stadionunda baş tutan gərgin qarşılaşma ev sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb.
Oyunun taleyini həll edən yeganə qol 57-ci dəqiqədə vurulub. Tovuzluların heyətində Hayderson Hurtado rəqib qapısına yol taparaq komandasına vacib üstünlük qazandırıb.
Bu qələbə ilə “Turan Tovuz” martın 3-də Gəncədə keçiriləcək cavab oyunu öncəsi əhəmiyyətli üstünlük əldə edib.
Qeyd edək ki, günün digər matçında “Şamaxı” öz meydanında gözlənilmədən “Qarabağ”ı 2:1 hesabı ilə məğlub edərək mərhələnin ən böyük sürprizinə imza atıb.
Son xəbərlər
Son Xəbərlər