Türkiyə klubunun prezidentindən azərbaycanlı hakimə etiraz - Video

turkiye-klubunun-prezidentinden-azerbaycanli-hakime-etiraz
Oxunma sayı: 3708

Türkiyənin “Adana Dəmirspor” klubunun prezidenti Mustafa Sancak ötən gün Konfrans Liqasının 2-ci təsnifat mərhələsində “ÇFR Kluj”a qarşı keçirdikləri matçı idarə edən azərbaycanlı hakim Elçin Məsiyevdən şikayət edib.

“Qafqazinfo” xəbər verir ki, adanlıların rəhbəri 1:1-lik heç-heçəyə imza atdıqları oyundan sonra bu barədə açıqlama verib: 

“Avrokuboklarda asan oyun yoxdur. Kim şanslıdırsa, qalib gələcək. Bu oyunda rəqibin qolu kiməsə dəyib qapıya girdi. Baş hakim isə evlərə şənlik idi. Bütün qərarlarının rəqibin xeyrinə verirdi. Belə şey olmaz”.