Türkiyə millisi Belçikaya darmadağınla uduzdu

turkiye-millisi-belcikaya-darmadaginla-uduzdu
Oxunma sayı: 388

UEFA Millətlər Liqasının A Liqasının 1-ci qrupunda III turun oyunları keçirilib.

“Qafqazinfo” xəbər verir ki, Türkiyə milli komandası səfərdə Belçikanın qonağı olub.

“Moris Düfran” stadionunda baş tutan qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb.

Belçikaya qələbə gətirən qolları 10 və 59-cu dəqiqələrdə Kevin De Breyne, 76-cı dəqiqədə isə Romelu Lukaku vurub.