Türkiyədə LGBT ilə bağlı yeni qanun layihəsi hazırlanır.
“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, layihə LGBT-ni açıq şəkildə təşviq edən və ya təbliğ edən şəxslər üçün 1 ildən 3 ilədək həbs cəzasını nəzərdə tutur.
Yeni qanun layihəsində cinsiyyətin dəyişdirilməsi ilə bağlı da sərt qaydalar nəzərdə tutulur. Belə ki, cinsiyyət dəyişdirmə əməliyyatı üçün yaş həddi 18-dən 25-ə qaldırılır. Bu prosesi keçmək istəyən şəxsin məhkəməyə müraciət etməsi, evli olmaması və tibbi komissiyadan rəy alması tələb olunacaq. İcazə alınmadan cinsiyyətin dəyişdirilməsi əməliyyatının həyata keçirilməsinə icazə verilməyəcək. Rəsmi icazə olmadan cinsiyyəti dəyişdirmə əməliyyatı həyata keçirən şəxs 1 ildən 3 ilədək, əməliyyat aparan həkimlər isə 3 ildən 7 ilədək həbs cəzasına məhkum edilə bilər.
Bundan əlavə, eyni cinsdən olan şəxslərin nişan və ya toy mərasimlərinin təşkili də qadağan edilə bilər. Belə tədbirləri təşkil edən şəxslər 1 il 6 aydan 4 ilədək həbs cəzası ilə üzləşə bilər.
Sözügedən qanun layihəsi hələlik müzakirə mərhələsindədir və bununla bağlı yekun qərar qəbul edilməyib.
Son xəbərlər
Son Xəbərlər