Türkiyənin xarici işlər naziri Hakan Fidan bu gün Suriyaya işgüzar səfər edəcək.
“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı Türkiyə XİN yayıb.
Bildirilib ki, bu səfərdə XİN rəhbərini ölkənin milli müdafiə naziri Yaşar Güler və Milli Kəşfiyyat Təşkilatının rəhbəri İbrahim Kalın müşayiət edəcək.
“Anadolu” agentliyinin məlumatına görə isə Türkiyənin hərbi-siyasi rəhbərliyi səfər çərçivəsində Suriyanın keçid dövrü Prezidenti Əhməd əl-Şaraa və digər rəsmilərlə görüşəcəklər.
***
Türkiyə nümayəndə heyətinin Suriyaya səfəri başlayıb.
Əhməd əl-Şaraa H.Fidan, Y.Güler və İ.Kalını qarşılayıb.
Son xəbərlər
Son Xəbərlər