Milli Məclisin növbəti plenar iclası başlayıb.
“Qafqazinfo” xəbər verir ki, son 7 plenar iclasda iştirak etməyən millət vəkili Siyavuş Novruzov da bu gün keçirilən iclasa qatılıb.
Maraqlıdır ki, ötən gün saytımızda deputatın harada olmağı ilə bağlı yazıdan sonra o, 3 aylıq fasiləyə az qalmış parlamentə gəlib.
Sonuncu dəfə fevralın 3-də Milli Məclisdə olan deputat hazırda gedən müzakirələrdə iştirak edir.
Qeyd edək ki, ötən gün parlamentin İntizam Komissiyasının sədri Eldar İbrahimov saytımıza açıqlamasında Siyavuş Novruzovun icazəli olduğunu bildirmişdi.
Nuranə Daxilqızı
Son xəbərlər
Son Xəbərlər
.jpg)