Ucarda ağır qəza - Ölənlər var+Fotolar

ucarda-agir-qeza
Oxunma sayı: 427

Ucarda ağır yol-nəqliyyat hadisəsi baş verib.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qarabörk kəndindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını minik avtomobili ilə toqquşub. İdarəetmədən çıxan avtomobillər yol kənarında dayanan 2 piyadanı vurub.

İlkin məlumata görə, piyadalardan biri və minik avtomobilində olan sərnişin hadisə yerində ölüb.

Digər piyada və sərnişin isə ağır xəsarət alaraq xəstəxanaya aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev