Ukrayna nümayəndə heyəti Cenevrəyə gedib

ukrayna-numayende-heyeti-cenevreye-gedib
Oxunma sayı: 158

Ukrayna nümayəndə heyəti fevralın 17-də Rusiya və ABŞ ilə üçtərəfli danışıqların keçiriləcəyi Cenevrəyə gedib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə bu barədə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Rustem Umerov teleqramda məlumat verib.

Onun sözlərinə görə, gündəm artıq razılaşdırılıb və Ukrayna komandası hazırdır.

“Biz təhlükəsizlik və humanitar məsələlər üzrə konstruktiv işi və məzmunlu görüşləri gözləyirik”, - deyə Umerov yazıb.

O əlavə edib ki, danışıqların əsas məqsədi layiqli və davamlı sülhə doğru irəliləyiş olacaq.