Ukraynanın yeni səfiri Azərbaycana gəlib

ukraynanin-yeni-sefiri-azerbaycana-gelib
Oxunma sayı: 1412

Ukraynanın Azərbaycana yeni təyin olunan səfiri Yuri Qusev Bakıya gəlib.

“Qafqazinfo” xəbər verir ki, bu barədə məlumatı səfir öz feysbuk hesabında paylaşıb.

Onun sözlərinə görə, ölkəmizdə fəaliyyətinin ilk günündə Bakıda Dünya Kubokunda çıxış edən ukraynalı bədii gimnastika komandası ilə görüşüb. 

Xatırladaq ki, Ukraynanın Azərbaycandakı bundan əvvəlki səfiri Vladislav Kanevskinin səlahiyyət müddəti bu il başa çatıb