Azərbaycan Universitetinin sinif otağına yağış suları damıb.
“Qafqazinfo” xəbər verir ki, bu barədə tələbələr sosial şəbəkələrdə paylaşım edib.
Videoda yağış sularının otağa damdığı və bunun qarşısını almaq üçün döşəməyə vedrələr qoyulduğu görünür. Sözügedən videoya isə “İlliyinə 2200 ödədiyim universitetin şəraiti” başlığı yazılıb.
Məsələ ilə bağlı Azərbaycan Universitetinin Mətbuat xidmətindən Baku.ws-ə bildirilib ki, aidiyyəti şöbə tərəfindən həmin auditoriyaya baxış keçirilib və yaranmış vəziyyətlə bağlı tədbirlər görülür: “Videodan da göründüyü kimi auditoriya tədris üçün bağlanıb və hazırda orada dərs keçilmir. Təmir işləri yekunlaşandan sonra auditoriya yenidən istifadəyə veriləcək”.
Sözügedən görüntüləri təqdim edirik:
Son xəbərlər
Son Xəbərlər