Fövqəladə Hallar Nazirliyinin (FHN) Aparatının şöbə rəisi leytenant Çillər Əsədli vəzifəsindən azad olunub.
“Qafqazinfo” “Qaynarinfo”ya istinadən xəbər verir ki, bununla bağlı fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov Əmr imzalayıb.
Bildirilib ki, FHN-in Fövqəladə halların nəticələrinin aradan qaldırılması işinin təşkili Baş idarəsinin Tibbi və psixoloji yardımın təşkili şöbəsinin rəisi leytenant Çillər Əsədli vəzifəsindən azad olunması üçün özü ərizə yazıb.
Qeyd edək ki, Çillər Əsədli Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin sabiq rəisi, təqaüddə olan polis polkovniki Vaqif Əsədovun qızıdır.

Son xəbərlər
Son Xəbərlər