Ağdamda “VAZ” markalı avtomobillər toqquşub.
“Qafqazinfo”nun məlumatına görə, hadisə rayonun Bənövşələr qəsəbəsi ərazisində qeydə alınıb.
Hərəkətdə olan “VAZ” 21011 markalı minik maşını qarşıdan gələn “VAZ” 21015 markalı avtomobillə toqquşub.
Nəticədə hər iki avtomobilin sürücüsü ağır xəsarətlər alıb. Sürücülər Ağdam rayon Mərkəzi Xəstəxanasına aparılıb.
Faktla bağlı araşdırma aparılır.
***
Qəza zamanı xəsarət alan sürücülərin kimliyi məlum olub.
Belə ki, “VAZ”21011 markalı 02 BB 272 dövlət nömrə nişanlı minik maşınının sahibi, rayonun Baharlı qəsəbə sakini, Cavadov Elnur Nadir oğlu və “VAZ” 21015 markalı 02 BU 095 dövlət nömrə nişanlı avtomobilin sürücüsü, Bənövşələr qəsəbə sakini İsmayılov İldırım İsa oğludur.
Ziya Əmirxanlı