Velosipedçini maşın vurub öldürdü - Fotolar

velosipedcini-masin-vurub-oldurdu
Oxunma sayı: 1252

Ucarda ölümlə nəticələnən qəza olub.

“Qafqazinfo” xəbər verir ki, hadisə Bakı-Qazax magistralının rayonun Qazıqumlaq kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan “Mercedes” markalı minik avtomobili velosipedçini vurub.

Ağır xəsarət alan təxminən 45 yaşlı kişi hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Yunis Quliyev